Mikayıl Cabbarov Qarabağın bərpasından danışdı 

13:34 10.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azad edilmiş Azərbaycan ərazilərində infrastrukturun bərpası istiqamətində işlər aparılır. Qarabağın azad edilməsi yeni perspektivlər və yeni çağırışlar ortaya çıxarıb”.

 

Hafta.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında deyib.

 

M.Cabbarov qeyd edib ki, artıq Ağdam sənaye parkının yaradılması başlanılıb:

 

“Torpaqlarımızın azad edilməsi nəticəsində Zəngəzur dəhlizi və Naxçıvanla, Türkiyə ilə birbaşa kommunikasiya, eləcə də Mərkəzi Asiya bazarlarına çıxış barədə danışa bilərik. Bizim bütün layihələrimiz dünya səviyyəli innovativ həllərə uyğun reallaşdırılacaq”.